Okt 31, 2021 12:45 Asia/Baku
  • Əmir-Abdullahiyan
    Əmir-Abdullahiyan

Xalqın taleyini nüvə anlaşması və heç bir ölkə ilə mütləq şəkildə bağlamayacağıq. Ortaq maraqlar, münasibətlərin əsasını təşkil edir.

SəhərAzəri-nin məlumatına əsasən, Bunu İranın xarici işlər naziri deyib.

«İran» qəzetinə müsahibə verən Hüseyn Əmir-Abdullahiyan sonra belə deyib: Biz 13-cü dövlətin xarici siyasətinin göstəricisini yaratmaq üçün müvanizətli xarici siyasət,/ fəal və sayıq diplomatiya kimi bir neçə açar termin təyin etmişik.

«Müvanizətli xarici siyasətdə məqsəd budur ki, bizim/ qonşular da daxil olmaqla bəzi ölkələrlə bağlı prioritetimiz, dünyanın digər ölkələri ilə əlaqədar qəflətə qapılmaq demək olmayacaqdır.»-deyən Əmir-Abdullahiyan sözlərinə belə davam edib: Biz müvazinətli diplomatiyanı dünyanın bütün bölmələri ilə bağlı yürüdəcəyik; yəni 13-cü dövlətin prioritetinin qonşular və Asiya mehvərli olması ilə bir zamanda, Avropada da fəal və sayıq diplomatiya yeridəcəyik. Bütün bunlardan başqa, Latın Amerikası və Afrikanı da unutmayacağıq.

İranın xarici işlər naziri daha sonra belə söyləyib: Digər tərəfdən, biz beynəlxalq təşkilatlarla işləməyi də unutmayacağıq. Əlbəttə ki, beynəlxalq təşkilatların fəaliyyət tərzinə və xüsusən beynəlxalq əlaqələr nəzəriyyəsi üzrə mövzularda mövcud olan nöqsanlara diqqət yetiririk.

«Beynəlxalq əlaqələrdə struktur və fəaliyyət məsələsinin önəmini nəzərə almaqla bu qənaətdəyik ki, yaradılmış beynəlxalq mexanizmlərdən hər birinin fəaliyyət isitqaməti var və biz regional və beynəlxalq təşkilatlar yolu ilə xarici siyasətdəki hədəflərimizin bir hissəsini izləyəcək və öz maraqlarımızı həyata keçirəcəyik.»-deyə, İranın xarici işlər naziri vurğulayıb.

 

Teqlər