İranın nano əlcəkləri və maskaları Almaniya sərgisində
İranın elm təməlli şirkətlərindən biri nano qoruyucu əlcəklər və maskalar təklif edərək, Almaniyanın Düsseldorf şəhərində keçirilən "A+A" sərgisində, İranın bu sərgidə yeganə təmsilçisi olaraq, təhlükəsizlik ləvazimatları sahəsində öz qabiliyyətlərini nümayiş etdirib.
SəhərAzəri-nin məlumatına əsasən, bu sərgi Almaniyada və Düsseldorf şəhərində iki ildən bir keçirilən iş yerində təhlükəsizlik və sağlamlıq üçün dünyanın ən qabaqcıl ticarət sərgilərindən biridir.
Təhlükəsizlik sahəsində aktiv olan bütün böyük şirkətlər sərgidə iştirakdan əsas məqsədlərinin öz müştəriləri ilə yaxından təmasda olmaq və yeni məhsullarını təqdim etmək olduğunu bildirirlər.
Sərgidə iştirak edən İranın elm təməlli şirkətinin baş direktoru Fərhad Taheri deyib: "Bu sərgidə biz xüsusi olaraq iki məhsul təqdim etdik; Qoruyucu əlcəklər və qoruyucu maskalar; Qoruyucu əlcəklər hidrofobik və kəsilməyə davamlıdırlar. Maskalar isə nanolif texnologiyasına və virus əleyhinə xüsusiyyətlərə malikdirlər.