4+1, qarşılıqlı maraqlara riayətə əsaslanan müzakirəyə hazır olsun
Noy 02, 2021 21:05 Asia/Baku
İranın xarici işlər naziri deyib ki, «müzakirə»də məqsəd, boş danışmaq deyil, hissolunan razılaşma və qarşılıqlı maraqlara hörmətdir.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan tvitter-də belə yazıb: Ağ Ev İranla müzakirə xahişini irəli sürür və nüvə anlaşmasına geri dönməyə hazır olduğunu iddia edir, lakin eyni zamanda İranlı şəxslər və şirkətlərlə qarşı yeni sanksiyalar tətbiq edir.
Tehranın ABŞ rəsmilərinin rəftarlarını diqqətlə ölçüb-biçdiyini dilə gətirən İranın xarici işlər naziri vurğulayıb ki, dörd üstəgəl bir, qarşılıqlı maraq və hüquqlara riayətə əsaslanan müzakirəyə hazır olsun.