"Okeanlar və dənizlər artıq amerikalıların arxa bağçası deyil"
https://azeri.sahartv.ir/news/İran-i383113-okeanlar_və_dənizlər_artıq_amerikalıların_arxa_bağçası_deyil
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın dəniz qüvvələrinin komandanı okeanlar və dənizlərin artıq amerikalıların arxa bağçası olmadığını söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2021 10:55 Asia/Baku

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın dəniz qüvvələrinin komandanı okeanlar və dənizlərin artıq amerikalıların arxa bağçası olmadığını söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, kontr-admiral Əlirza Təngsiri deyib: "Biz təlimlərimizi, habelə təchizatlarımız və raketlərimizin mənzilini günü-gündən artırır və özümüzü istənilən təhlükəyə hazırlayırıq".

Kontr-admira Təngsiri, həmçinin İran neftini oğurlamaq niyyətində olan pozucu tankerin saxlanılması ilə bağlı deyib: "Tutduğumuz neft tankeri İrana məxsus idi, tanker qaydaları pozmuşdu və amerikalılar da onu dəstəkləyirdilər, tankeri uzaqdan izləyirdilər, heç kimin yaxınlaşmasına imkan vermirdilər".

O, əlavə edib: "Dərhal bu tankerlə ilk fiziki təmasımız Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı qüvvələri tərəfindən quruldu və onlar tankerin üzərində "Heliborn" əməliyyatı həyata keçirdilər. Dərhal sudan xüsusi təyinatlı yeritdik və tankerə nəzarət qüvvələrimizin əlinə keçdi".