Xəzər sahillərində beş bal gücündə zəlzələ baş verib
Noy 21, 2021 12:08 Asia/Baku
Tehran Universiteti Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi bildirib ki, Xəzər dənizində Rixter şkalası ilə beş bal gücündə zəlzələ baş verib.
SəhərAzəri-nin məlumatına əsasən, Tehran Universiteti Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzinin məlumatına görə, yeraltı təkan dünən qırx doqquz tam yüzdə qırx dörd coğrafi uzunluq və qırx bir tam yüzdə altmış iki coğrafi enlikdə, on kilometr dərinlikdə baş veribdir.
Zəlzələ İranın Parsabad rayonunun 255, Təzəkənd bölgəsinin 257 və Biləsuvarın 266 kilometrliyində baş verib.
Həmçinin yeraltı təkan ən yaxın vilayət mərkəzləri kimi Ərdəbilin 388, Təbrizin isə 477 kilometrliyində hiss olunubdur.