Noy 29, 2021 15:00 Asia/Baku
  • Şəhram İrani
    Şəhram İrani

İran Ordusunun Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Şəhram İrani deyib: "İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələri öz ərazi sularında istənilən təhdidə qüdrətlə cavab verir".

SəhərAzəri-nin məlumatına əsasən, kontr-admiral Şəhram İrani bazar günü "İran Hərbi Dəniz Qüvvələri Günü" münasibətilə "Səhər Kürdi" kanalı ilə müsahibədə, İranın artan çəkindirici və müdafiə qabiliyyətini vurğulayaraq, deyib: "İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri təhdidlərə "zamanı məhdudlaşdırmaq" və "məkanı genişləndirmək" əsasında cavab verir".

İran Ordusunun Hərbi Dəniz Qüvvələri komandanı bu strategiyanı şərh edərkən vurğulayıb ki, İran ən qısa zamanda və ən geniş dəniz sahəsində düşmənlə qarşılaşmağa, vəziyyəti nəzarətə götürməyə və vəziyyəti sakitləşdirməyə qadirdir. 

Kontr-admiral İrani qeyd edib ki, İran hər cür sualtı qayıq, gəmi və dəniz texnikası istehsal etmək bacarığı, həmçinin uçuş bölmələrinin fəal iştirakı ilə nəzərdə tutduğu dəniz təhlükəsizliyini təmin edib və öz tanker və gəmilərini dənizdə qüdrətlə müşayiət edir.

İran Ordusunun Hərbi Dəniz Qüvvələri komandanı İranın dəniz təhlükəsizliyinin təmin edilməsi və qorunmasındakı roluna toxunaraq, vurğulayıb ki, İranın dənizdəki güclü varlığı dəniz hövzəsinin digər ölkələrin təhlükəsizlik faktorunu da artırıb.

Kontr-admiral İrani İranın hazırda ən çox ticarət mübadilələri həcminə malik olan və ən izdihamlı okean olaraq, Hind okeanına tam nəzarət etdiyini bəyan edərək, deyib: "İranın döyüş eskadrası Ədən körfəzində yerləşib və gəmilərin dəniz quldurları qarşısında təhlükəsizliyini təmin edir".

İran Hərbi Dəniz Qüvvələrinin komandanı əlavə edib: "Dəniz quldurları qabaqcıl silahlarla təchiz olunduğu üçün dəniz terrorçularına çevriliblər və İranın bu cür təhdidlər qarşısında dayanması gəmilərin və ticarət donanmalarının təhlükəsizliyini təmin etməklə yanaşı, ticarəti də gücləndirib".

Kontr-admiral İrani daha sonra İranın dənizlərdəki geopolitik mövqeyinə də toxunub və bildirib ki, İran İslam Respublikası çox əhəmiyyətli bir bölgədə və dəniz iqtisadiyyatının mərkəzində yerləşir.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı bildirib ki, bu dəyərli bölgəyə Hörmüz boğazının üç əsas nöqtəsi, Ədən körfəzi və Qırmızı dənizin qapısı hesab edilən Babül-Məndəb boğazı və Cənub-Şərqi Asiya ölkələri arasında birləşdirici keçid olan Malakka boğazı daxildir. Hansı ki,İran orada daimi və effektiv varlığa sahibdir".

Kontr-admiral Şəhram İrani vurğulayıb ki, dünyanın texnologiya, elm və mühəndislik sahəsində ən mürəkkəb avadanlıqları sualtı qayıqların inşasına aiddir; Hansı ki, ən yüksək texniki biliyə malikdir, ondan sonra isə destroyer, raket sistemləri və təyyarələrin inşasına aiddir ki, İranda bu qabiliyyətlər mövcuddur və universitetlər və elm əsaslı şirkətlər tərəfindən idarə olunur.

 

Teqlər