Dek 11, 2021 17:50 Asia/Baku
  • İran nümayəndəsi

Qarabağ böhranının davamlı həlli üçün Ermənistan və Azərbaycan Respublikası və onların qonşularından ibarət 6 ölkənin regional əməkdaşlığa dair ilk iclası bu gün Moskvada İranın iştirakı ilə keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, İRİB-in Moskva bürosu məlumat verib.

Məlumata əsasən, Cənubi Qafqazın üç ölkəsi yəni Ermənistan, Gürcüstan və Azərbaycan Respublikası və onların üç qonşu ölkəsi olan İran, Rusiya və Türkiyədən ibarət "3+3" formatında keçirilən bu mühüm regional görüşdə, Qarabağ böhranının həlli və davamlı sülhə nail olmağın yolları araşdırılıb. 

İclasda, İran İslam Respublikası adından İranın xarici işlər nazirinin Avrasiya məsələləri üzrə müavini Əlireza Həqiqiyan və İranın Moskvadakı səfirliyinin bir qrup diplomatı iştirak edib.

Görüşün əvvəlində İran nümayəndəsi ölkəsinin bu danışıqların əsas təşəbbüskarı olduğunu diqqətə çatdıraraq, deyib: "İran hesab edir ki, regiondakı problemlər, çağırışlar və fikir ayrılıqları region ölkələrinin özləri tərəfindən həll edilməlidir".

Cənab Həqiqiyan, həmçinin İRİB-ə  verdiyi müsahibədə danışıqların bu raundunu dəyərləndirib və deyib: "Xoşbəxtlikdən İran İslam Respublikası bu danışıqların ilk raundunda fəal iştirak etdi və strateji Cənubi Qafqaz regionu ilə bağlı həssaslıqlarını və prinsipial fikirlərini bəyan etdi".

O, iclasda iştirak edən ölkələrin davamlı sülh və sabitliyin bərqərar olunması, həmçinin iqtisadi inkişaf və rifah məqsədi ilə öz fikirlərini irəli sürdüklərini bəyan edərək, deyib: "İran regional gərginliyin həlli üçün regional əməkdaşlığı dəstəkləməklə yanaşı, ticarət, habelə dəmir yolu, avtomobil və dəniz nəqliyyatı üçün şəraitin yaradılması məqsədilə ölkələrin inteqrasiyasının vacibliyini vurğulayıb".

İranın xarici işlər nazirinin köməkçisi, ölkəsinin regionun geosiyasətində hər hansı bir dəyişikliyin əleyhinə olduğunu bildirərək, əlavə edib: "Biz bildirdik ki, ölkələrin ərazi bütövlüyünə hörmət edilməlidir"

Teqlər