Yan 03, 2022 10:42 Asia/Baku

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxti Rəvançi general-leytenant Qasim Süleymaninin terror edilməsinin ikinci ildönümü ilə eyni zamanda BMT Təhlükəsizlik Şurasının hazırkı sədrinə ünvanladığı məktubunda bildirib ki, bu terror aktının beynəlxalq sülh və təhlükəsizliyə ağır nəticələrini nəzərə alaraq, Təhlükəsizlik Şurası öhdəliklərini yerinə yetirməli və ABŞ və İsrail rejimini bu terror aktına görə məsuliyyətə cəlb etməlidir".

SəhərAzəri-nin məlumatına əsasən, Məcid Təxti Rəvançinin məktubunda deyilir: "İsrail rejiminin keçmiş hərbi kəşfiyyat rəisi son müsahibəsində bu rejimin şəhid Süleymaninin öncədən planlaşdırılmış terrorunda iştirakını etiraf edərək, bu terrorda İsrail kəşfiyyatının rol oynadığını bildirib və bunu bir nailiyyət və səlahiyyət müddətində iki mühüm terrordan biri kimi dəyərləndirib". 

Təxti Rəvançi əlavə edib: "Beynəlxalq hüquqa zidd olan bu cinayət əməli Birləşmiş Ştatların beynəlxalq hüquq üzrə öhdəliklərinin kobud şəkildə pozulması idi və beləliklə, onun beynəlxalq məsuliyyətinə səbəb olur".

İranın BMT-dəki daimi nümayəndəsi qeyd edib ki, şəhid Süleymani beynəlxalq terrorizmlə mübarizədə mühüm rol oynayıb və buna görə də haqlı olaraq, Terrorla Mübarizə Qəhrəmanı və Sülh Generalı adına layiq görülüb. Beləliklə, onun qorxaqcasına terror edilməsi İŞİD-ə və bölgədəki digər terror qruplaşmalarına böyük hədiyyə və xidmət olub və onlar bu terroru alqışladılar".

Təxti Rəvançi vurğulayıb: "Bu terror aktının beynəlxalq sülh və təhlükəsizliyə ağır təsirlərini nəzərə alaraq, Təhlükəsizlik Şurası qanunla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməli və ABŞ və İsrail rejimini bu terror aktını planlaşdırdığı, dəstəklədiyi və həyata keçirdiyi üçün məsuliyyətə cəlb etməlidir".

Teqlər