Yan 03, 2022 13:58 Asia/Baku
  • Türkmən qazının İran üzərindən Azərbaycana nəqli başlandı

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci sammiti çərçivəsində imzalanan sazişə əsasən Türkmənistan, İran və Azərbaycan arasında Svap üsulu ilə üçtərəfli mübadilə əməliyyatına start verilib.

SəhərAzəri-nin məlumatına əsasən, İSNA Xəbər Agentliyinin təhlilində deyilir ki, bu minvalla, İran hər il 1,5-2 milyard kubmetr türkmən qazını Azərbaycana tədarük edəcək.

Təhlildə deyilir ki, ABŞ-ın İranı bu marşrutdan təcrid etmək strategiyası dalana dirənib. Mübadilə şimal sərhəd bölgəsi ölkələrini arasında əməkdaşlığa vadar edəcəkdir ki, bu da regionda siyasi əlaqələri və siyasi sabitliyi gücləndirən amildir.

İran Milli Neft Şirkətinin keçmiş beynəlxalq məsələlər üzrə direktoru bu müqavilə haqqında deyir: İrandan Azərbaycana tədarük olunan Türkmənistan qazının həcmi yüksək olmasa da, onun başlanğıcı uğurludur. Çünki İran nəinki region ölkələrinin nefti və qazının tədarükçüsü olduğunu sübut edə bilər, həm də neft və qazın müxtəlif formalarda qonşu ölkələrə nəqli üçün təhlükəsiz marşrut olduğunu nümayiş etdirir.

Höccətullah Qənimi-Fərd hesab edir ki, bu hadisə ölkənin enerji diplomatiyasına uyğundur. İranın artıq öz qonşularına ilk strateji qaz pəncərəsidir.

Onun fikrincə, Türkmənistanın ixrac bazarlarına çıxışı üçün İran mühüm variantdır, çünki o, cənub sularına asanlıqla daxil olub öz qazını ixrac edə bilər və bu, gələcəkdə baş verərsə, İran da bundan faydalanacaq.

34 trilyon kubmetrdən çox qaz ehtiyatına malik İran bu qiymətli və təmiz yanacağa tələbatın gündən-günə artdığı regionda yerləşir və İran asanlıqla bu tələbatı ödəyə bilər. İran eyni zamanda “enerji satıcısından” “enerji qovşağına” çevrilmə imkanına malikdir.

Teqlər