İranın "Pasto ko-ad" klinikadan əvvəlki sınaq mərhələsindən uğurla keçib
İranın "Pastor" institutunun sədri "Pasto ko-ad" peyvəndinin klinikadan əvvəlki sınaq mərhələsindən uğurla keçdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Əlirza Bigləri deyib: "Pasto ko-ad institut tərəfindən koronavirusla mübarizə üçün istehsal olunan üçüncü peyvənddir".
İranın "Pastor" institutunun sədri əlavə edib: "Pasto ko-ad" tək dozalı və iki dozalı növlərdə hazırlanıb və müvafiq lisenziyalar verildiyi təqdirdə klinik sınaqlardan sonra istifadə üçün paylanacaqdır".
Biglərinin sözlərinə görə, bu peyvəndin üstünlüklərindən biri onun daxili məhsul olması, koronavirusun yeni ştammları zamanı lazımi dəyişiklikləri etmək qabiliyyətidir ki, bu da peyvəndin effektivliyini qoruyub-saxlamağa və artırmağa imkan verəcək".
Bundan əvvəl İranın Paster İnstitutu 15 milyon doza "Pasto Kovak" və "Pasto Kovak Plus" peyvəndlərini istehsal edib ki, bunlardan 8 çilyonu Shiyyə Nazirliyinə təhvil verilib, daha 7 milyonu isə Səhiyyə Nazirliy ilə müqavilə bağlamaq ərəfəsindədir.
Bu peyvəndlər tezliklə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənəcəklər.