İnqilab Rəhbəri Qum əhalisi ilə virtual görüşdə çıxış etmişlər
Həzrət Ayətullahül-üzma Xamenei: Dini qeyrət ölkənin xilasedici amilidir +VİDEO
İran İslam İnqilabının Aliməqamlı Rəhbəri İranda dini qeyrətin ölkəni xilas edən amil olduğunu bildirərək deyiblər ki, dini qeyrət təhdidləri fürsətə çevirə bilər.
SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Rəhbəri bu gün Qum əhalisinin 1978-ci il yanvarın 9-da tağut rejiminə qarşı qiyamının ildönümündə etdiyi çıxışında bildiriblər: Qum əhli ilə görüşmək mənim üçün böyük fürsət oldu. Məlum məsələdir ki, dərin mövzuları əhatə edən və gələcək nəsillərə yüksək səslə mesajlar verən bəzi tarixi hadisələr heç zaman unudula bilməz. 9 Yanvar hadisəsi də belədir.
O həzrətin sözlərinə görə, 9 Yanvar hadisəsi İslam İnqilabının qələbəsinə səbəb oldu; Bu hadisə və onun nəticələri xalqın dini baxışının dərinliyinə dəlalət edir. Bu hadisə İslam İnqilabının görüntülərindən biridir və xalqın dini baxışının nə qədər dərin olduğunu göstərir. Həmçinin belə hadisələrin yaddaşlarda qalmasının əsas səbəblərindən biri təqlid mərcələrinin rol oynamalarıdır. Ölkədə baş verən hadisələrin əksəriyyətində din alimi əsas rol oynayıb. Buradan dünyanın təkəbbürlü güclərinin din, fiqh və siyasi din ilə düşmənçiliyinin sirrini başa düşə bilərik, çünki onların varlığı imperializm və müstəmləkəçiliyin əleyhinədir. Düşmənlər dünyada siyasi dinə qarşıdırlar. Bu səbəbdən Amerikanın İslam Respublikası ilə düşmənçiliyini və nifrətini də buradan anlamaq olar. İslam Respublikası xalqın dini inancının təzahürüdür.
İslam İnqilabının aliməqamlı rəhbəri söhbətinin davamında qeyd ediblər: Tağutun zamanında İmam Xomeyninin müqəddəsliyini sındırmaq, məhv etmək istəyirdilər. Onlar İmamın xalq arasında nüfuzunun artdığını görüb, İmamın məqamını aşağılamaq istəyirdilər. Bu əsnada Qumluların güclü yumruqları Tağutun sinəsinə dəyməsəydi, işlərinə davam edərdilər. O vaxt əlbəttə ki, diktatura rejiminin arxasında Amerika dayanırdı və rejim beynəlxalq reaksiya görməyəcəyinə əmin idi. Lakin Qum əhalisi Tağutun və düşmənin hesabını pozdu.
İnqilab Rəhbəri sonra deyiblər: Düşmən bu gün də müxtəlif məsələlərlə bağlı hesablamalar aparır. Onlar düşünürdülər ki, Şəhid Süleymaninin şəhadəti ilə onun hazırladığı hərəkat sönəcək. Ancaq gözləntiləri puç oldu. Görünür, onlar İslam Respublikasının həqiqətini dərk edə bilmirlər. Xüsusilə də bu gün ölkədə sadiq Hizbullah gənclərinin sıraları genişlənib. Xoşbəxtlikdən, çoxlu sayda gəncin inqilabi düşüncəsi ölkıəyə parlaq gələcək vəd edir. Müxtəlif məqamlarda ölkəni xilas edən amil xalqın dini qeyrəti olub. Təhdidləri fürsətə çevirən də dini qeyrətdir. Bu istiqamətdə İran xalqı Şəhid Süleymaninin tabutu altında öz kimliyini və birliyini nümayiş etdirdi. Şəhid Süleymani kimi böyük şəxsiyyətin şəhadəti təhlükə idi, amma xalqımız təhlükəni fürsətə çevirdi.
Həzrət Ayətullahül-üzma Xamenei söhbətinin sonunda vurğulayıblar ki, bu gün inqilab düşmənlərinin planlarında ciddi şəkildə müzakirə olunan vəzifələrdən biri də inqilabın prinsiplərinə və baxışlarına həssaslığı məhv etməkdir, kiberməkanda və KİV-lərdə bunun ardıncadırlar. Lakin müvəffəq olmayacaqlar. Çünki İran xalqı inqilabın amallarına və ideologiyasına sadiqdir.