Diplomatiya müharibəsində qeyrətlə dayanmaq lazımdır
https://azeri.sahartv.ir/news/İran-i385055-diplomatiya_müharibəsində_qeyrətlə_dayanmaq_lazımdır
Tehranın cümə namazı xitabətçisi bildirib ki, düşmən İrandan çox sanksiyaların ləğvi müzakirələrində razılaşmaya çatmağa ehtiyac duyur. O, deyib ki, diplomatiya müharibəsində qeyrətlə dayanmaq lazımdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2022 17:43 Asia/Baku
  • Höccətülislam vəlmüslimin Məhəmməd Cavad Hacı Əli Əkbəri
    Höccətülislam vəlmüslimin Məhəmməd Cavad Hacı Əli Əkbəri

Tehranın cümə namazı xitabətçisi bildirib ki, düşmən İrandan çox sanksiyaların ləğvi müzakirələrində razılaşmaya çatmağa ehtiyac duyur. O, deyib ki, diplomatiya müharibəsində qeyrətlə dayanmaq lazımdır.

SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam vəlmüslimin Məhəmməd Cavad Hacı Əli Əkbəri Tehranın buhəftəki cümə namazının ikinci xütbəsində əlavə edib: İran sanksiyaların ləğvi müzakirələrində tələsmir, amma müzakirələrin yorucu bir cərəyana çevrilməsinə yol verməyəcək.

Höccətülislam vəlmüslimin Hacı Əli Əkbəri deyib: Xarici siyasətdə, İranın qeyrətli xalqının dayaq olduğu bir halda, müzakirə aparanlar güclü olmalı, heç nədən qorxmamalı, hikmət, aqillik və Allaha təvəkkül, həmçinin tədbirlə düşmənin planlarını pozmalıdırlar.