İran-Çin-Rusiya hərbi təlimləri davam edib
İran, Çin və Rusiyanın dəniz və hava bölmələri «Dəniz təhlükəsizlik qurşağı-2022» adlı mürəkkəb hərbi təlimlərin davamında oğurlanmış gəminin azad edilməsi və yanğının söndürülməsi əməliyyatlarını məşq ediblər.
Mürəkkəb «Dəniz təhlükəsizlik qurşağı-2022» hərbi təlimlərinin sözçüsü ikinci dərəcəli kontr-admiral Mustafa Tacəddini bu haqda belə deyib: İran, Çin və Rusiyanın dəniz qüvvələrinin iştirakı ilə mürəkkəb «Dəniz təhlükəsizlik qurşağı-2022» hərbi təlimlərinin əsas etaplarının keçirilməsinin davamında üç ölkənin dəniz və hava bölmələri öncədən təyin edilmiş ssenari əsasında beynəlxalq sularda dəniz quldurları tərəfindən oğurlanmış iki ticarət gəmisinin azad edilməsi əməliyyatını həyata keçiriblər.
İkinci dərəcəli kontr-admiral Tacəddini əlavə edib: Hərbi təlimlərin bu etapında oğurlanmış gəmilərdən həyəcan mesajının göndərilməsindən sonra öncə əməliyyat məntəqəsi İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının vertolyotları tərəfindən axtarılmaqla aşkar edilib, sonra isə hərbi təlimlərin baş komandanlığı məsuliyyətini daşıyan «Cəmaran» destroyeri azadetmə əməliyyatını həyata keçirmək üçün məntəqədə yerləşən döyüş gəmilərini hadisə yerinə göndərib.
«Dəniz təhlükəsizlik qurşağı-2022» adlı mürəkkəb hərbi təlimlərin sözçüsü sonra belə söyləyib: Ordu və Sepah-ın xüsusi əməliyyat qüvvələri Çin və Rusiyanın xüsusi əməliyyat qüvvələrinin iştirakı ilə gəmidəki yanğının söndürülməsi əməliyyatından sonra havadan və sudan oğurlanmış gəminin göyərtəsinə enməklə dəniz quldurlarını həbs edib və gəminin azad edilməsi əməliyyatını həyata keçiriblər.
İkinci dərəcəli kontr-admiral Tacəddini vurğulayıb ki, İran İslam Respublikası dəniz sahəsində heç bir təhdidə yol verməyəcək.
O, vurğulayıb: İran, Çin və Rusiyanın mürəkkəb təhlükəsizlik qurşağı təlimləri mövcud təhdidlərlə mübarizə üçün çox ciddi hərbi və təhlükəsizlik həmkarlıqları istiqamətində olub, İran İslam Respublikasının dəniz qüvvələrinin strateji dərinliyinin genişlənməsindən xəbər verir.