İranda Fəcr Bayramı başlandı
https://azeri.sahartv.ir/news/İran-i385624-İranda_fəcr_bayramı_başlandı
12 bəhmən(1 fevral) imam Xomeyninin vətənə qayıdışı günüdür
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 01, 2022 06:52 Asia/Baku
  • Fəcr Bayramı
    Fəcr Bayramı

12 bəhmən(1 fevral) imam Xomeyninin vətənə qayıdışı günüdür

SəhərAzəri-nin məlumatına əsasən, 43 il öncə fevralın 1-də İslam İnqilabı hərəkatının rəhbəri Həzrət İmam Xomeyni(r.ə) uzun illər sürgün həyatını yaşadıqdan sonra İran xalqının milyonluq qarşılama mərasimi ilə vətənə qayıtdı.
 
12 bəhmən 1357-ci günəş ilində (1 fevral 1979-cu il) şahın təyin etdiyi baş naziri hələlik İranda iqtidarı əlində saxlayırdı. Həmin gündə xalqın islam hərəkatının lideri Həzrət İmam Xomeyninin (r.ə) təyyarəsi Tehranın Mehrabad Beynəlxalq Hava Limanında yerə endi. 10 gün sonraya qədər yəni 22 bəhmənə qədər ordunun tərəfsizlik və xalqı dəstəkləməsini elan etməsi ilə zülmün hakimiyyətinə praktiki olaraq soyn qoyuldu. Bu isə İran xalqı üçün həlledici günlər idi. 
Elə bu münasibətlə bu günlər xalqın qəhrəmanlıq müqaviməti xatirəsinə Fəcr Ongünlüyü adlandırıldı və hər il bu günləri İran xalqı şənlik edir. 
Fəcr Bayramı mübarək olsun!