H.Əmir-Abdullahiyan: Yəmən müharibəsinin davam etməsi heç kimin xeyrinə deyil
https://azeri.sahartv.ir/news/İran-i385663-h.Əmir_abdullahiyan_yəmən_müharibəsinin_davam_etməsi_heç_kimin_xeyrinə_deyil
H.Əmir-Abdullahiyan: Yəmən müharibəsinin davam etməsi heç kimin xeyrinə deyil
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2022 10:12 Asia/Baku
  • H.Əmir-Abdullahiyan: Yəmən müharibəsinin davam etməsi heç kimin xeyrinə deyil

H.Əmir-Abdullahiyan: Yəmən müharibəsinin davam etməsi heç kimin xeyrinə deyil

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının XİN başçısı bəyan edib ki, Yəməndə qarşıdurmaların genişlənməsi və müharibənin davam etməsi oradakı tərəflərin, habelə regionda heç kimin xeyrinə deyil.

Hüseyn Əmir-Abdullahiyan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayid Ali-Nəhyanla telefonla söhbəti zamanı Yəməndəki müharibənin dayandırılmasının vacib olduğunu və bu müharibənin həm Yəməndə həm də regionda kimsənin xeyrinə olmadığını söyləyib.

İran XİN rəhbəri eyni zamanda İsrail prezidentinin BƏƏ-ə səfərinə toxunub və bildirib ki, sionist rejiminin bölgədə hazır olması bütün regionu və onun dövlətlərini təhdid edir.

 

“Regionda münaqişələri yaradan səbəbkarların bölgədə ayaq açmasına imkan verməmək üçün səy göstərilməlidir”, - deyə Əmir-Abdullahiyan əlavə edib.