ABŞ İranın güləş federasiyasının sədrinə viza vermədi
https://azeri.sahartv.ir/news/İran-i385669-abŞ_İranın_güləş_federasiyasının_sədrinə_viza_vermədi
ABŞ İranın güləş federasiyasının sədrinə, həmçinin bir güləşçi və bir məşqçiyə bu ölkəyə səfər vizası verməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2022 12:27 Asia/Baku
  • İranın güləş federasiyası
    İranın güləş federasiyası

ABŞ İranın güləş federasiyasının sədrinə, həmçinin bir güləşçi və bir məşqçiyə bu ölkəyə səfər vizası verməyib.

SəhərAzəri-nin məlumatına əsasən, Amerikanın rəsmi dəvətinə əsasən, İran və Amerikanın sərbəst güləş üzrə milli komandaları arasında yoldaşlıq görüşü fevralın on ikisində Texasda keçirilməlidir.

Amerikanların bu ölkədə iştirak üçün İranın güləş federasiyasının sədrinə rəsmi dəvətnamə göndərmələrinə rəğmən, Amerika Əlirza Dəbirə, həmçinin bir güləşçi və bir məşqçiyə bu ölkəyə səfər vizası verməyib.

Bu əhvalatdan sonra Əlirza Dəbir Amerika güləş federasiyasına elan edibdir ki, hətta bir nəfərə belə, vizanın verilməyəcəyi təqdirdə, İranın milli güləş komandasının Amerikaya səfəri və yoldaşlıq görüşü baş tutmayacaq