Yaxşı bir anlaşmaya çatmaqda əzmkarıq
İranın xarici işlər naziri bu gün səhər İslam İnqilabı qələbəsinin qırx üçüncü ildönümü münasibətilə dost ölkələrin səfirləri və müvəqqəti işlər vəkillərinin iştirakı ilə keçirilən mərasimdə öncə bu mübarək günün gəlib çatmasını təbrik edib.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahian sonra belə söyləyib: İranın başıuca xalqı sübut edibdir ki, izzət və ehtiramı izzət və ehtiramla, təhdidi də müqavimət və qarşılıqlı dillə cavablandırır.
“Bu gün Vyanada Amerikanın və qərbli tərəflərin qarşısında böyük bir imtahan durur ki, dünya ictimaiyyəti qarşısında öz həqiqi rəftarlarını sərgiləmiş olsunlar.”- deyən İranın diplomatiya aparatının başçısı vurğulayıb: Müzakirənin bitməsi zamanını, qərbli tərəflərin, onların sanksiyaların götürülməsinə olan tam sədaqətlərində və bütün tərəflərin öz öhdəliklərinə geri dönmələrindəki iradələrinin nəticəsi təyin edəcək.
“Biz ciddilik, proqram və təşəbbüslə müzakirə masasında iştirak edirik və yaxşı bir anlaşmaya çatmaqda əzmkarıq.”-deyə Hüseyn Əmir-Abdullahian vurğulayıb və belə qeyd edib: Bu gün İslam İnqilabı qələbəsinin ildönümü ilə bir zamanda, Vyanadakı əməkdaşlarımız zalımcasına sanksiyaların ləğv edilməsi üçün müzakirə aparmaqdadırlar. İran xalqı tarix boyu göstəribdir ki, izzəti izzət, təhdidi isə müqavimət və qarşılıqlı dillə cavablandırır.
Əmir-Abdullahian sonda bir daha İslam İnqilabı qələbəsinin qırx üçüncü ildönümünün gəlib çatmasını təbrik edib.