Xətibzadə: "İran Vyana danışıqlarında Qərb tərəfinin cavabını gözləyir"
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: "Vyana müzakirələrində heç bir çıxılmaz vəziyyət yoxdur və İran Qərb tərəflərinin siyasi qərarlarını gözləyir".
SəhərAzəri-nin məlumatına əsasən, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bazar ertəsi günü keçirdiyi həftəlik brifinqdə Vyana danışıqları ilə bağlı əlavə edib: "Vyana danışıqları əvvəlki kimi davam edir və ABŞ və üç Avropa ölkəsinin iradəsi nə qədər güclü olarsa, razılığa gəlmək üçün məsafə bir o qədər qısa olar.
İranın diplomatiya aparatının sözçüsü yeni günəş ilindn əvvəl və fevralın sonuna qədər razılığın mümkün olub-olmayacağı ilə bağlı sualın cavabında isə deyib: "Əgər ABŞ və Avropa tərəfi İranın təşəbbüsünə nüvə anlaşması çərçivəsində cavab verərsə və millətin hüquqları və İran İslam Respublikasının masaya qoyduğu məntiqə əməl edilərsə, fevralın sonuna ehtiyac yoxdur və razılaşma mümkün qədər tez bir zamanda elan edilə bilər".
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İranın necə bir təminat axtardığı ilə bağlı suala cavab olaraq, qeyd edib ki, ABŞ etibarlı deyil, ona görə də obyektiv təminatlar alınmalıdır ki, beynəlxalq hüquq və münasibətlər ABŞ hökuməti tərəfindən bir daha ələ salınmasın.
Xətibzadə Ukraynadakı hadisələr və bu ölkədə yaşayan iranlılar üçün görülən tədbirlərlə bağlı deyib: "Ukraynadakı prosesləri yaxından izləyirik və Rusiya ilə Ukrayna arasında gərginliyin artmasından narahatıq".
Xətibzadə Ukraynada yaşayan İran vətəndaşları haqqında da deyib: "İranın Kiyevdəki səfirliyi lazımi açıqlamalar verib, Ukraynada yaşayan iranlılarla əlaqə saxlayır və Ukraynadakı vəziyyət yaxından izlənilir".
İranın Xarici İşlər Nazirliyinin sözçüsü şəhid Qasim Süleymanin terror edilməsi ilə bağlı İran və İraqın məhkəmə orqanları arasında aparılan danışıqlarla bağlı deyib: "İranın xarici işlər naziri bu məsələni ciddi şəkildə təqib edib və bu mövzuda İraq rəsmiləri ilə danışıqlar davam edir".