Rəisi: "Tehran dost və müstəqil ölkələrlə əlaqələrini yaxşılaşdırmaqda qərarlıdır"
İran İslam Respublikası prezidenti deyib: "İran və İrlandiyanın müxtəlif ticarət və iqtisadi sahələrdə əlaqələrin möhkəmləndirilməsi və səviyyəsinin yüksəldilməsi üçün geniş imkanları var və bu imkanlardan istifadə edilməsi iki ölkənin inkişafı və rifahının xeyrinədir".
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bazar ertəsi günü (14 fevral) Tehranda İrlandiyanın xarici işlər naziri Saymon Koveni ilə görüşü zamanı iki ölkənin müxtəlif sahələrdəki imkanlarına toxunaraq, deyib: "İran və İrlandiyanın enerji, elm, texnologiya, sənaye və kənd təsərrüfatı sahələrində ticarət əlaqələri indiki səviyyədən daha yüksək ola bilər".
Rəisi, həmçinin İranın yeni dövrdə xarici siyasətinin əsas prioritetinin xalqların mənafeyini qorunması və qarşılıqlı hörmət olduğunu bildirib və əlavə edib: "Vyana danışıqlarında sanksiyaların real ləğvini və İran xalqının hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq".
İrlandiyanın xarici işlər naziri Saymon Koveni də ölkəsinin İran İslam Respublikası ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib.
"Biz qarşılıqlı münasibətlərin səviyyəsini yüksəltməyi hədəfləyirik və bu kontekstdə Tehranda səfirliyimizi yenidən açmaqda qərarlıyıq", - deyə o, qeyd edib.
İran xalqının Vyana danışıqlarına inamsızlığının arxasında ABŞ-ın sədaqətsizliyinin dayandığını bəyan edən İrlandiya rəsmisi bildirib ki, onun ölkəsi nüvə sazişini canlandırmaq üçün hazırkı danışıqlar zamanı İrana lazımi zəmanətlərin verilməli olduğuna inanır.