İran və Özbəkistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sənədi imzalanıb
İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi və onun özbəkistanlı həmkarı birgə təhlükəsizlik komissiyasının yaradılması haqqında sənəd imzalayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Rəsmi təmaslar üçün Daşkənddə olan Əli Şəmxani ilə Özbəkistan prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Viktor Mahmudov arasında imzalanan bu sənəd Tehran və Daşkənd arasında terrorizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə əməkdaşlıq üçün şərait yaradacaq.
Sənədə əsasən, iki ölkə kəşfiyyat və təhlükəsizlik sahəsində geniş əməkdaşlığa başlayacaq.
Şəmxanı daha əvvəl Twitter-dəki şəxsi səhifəsində bu sənədin əhəmiyyəti haqqında yazıb: "Daimi sabitlik yaratmaq üçün regional imkanların aktivləşdirilməsi 13-cü administrasiyada regional əməkdaşlığın inkişafı və təşviqi üçün ilkin şərt hesab olunur.
Şəmxani vurğulayıb ki, İran və Özbəkistan arasında birgə təhlükəsizlik komissiyasının yaradılması haqqında sənədin imzalanması iki ölkə arasında hərtərəfli əlaqələrin artırılması istiqamətində mühüm addımdır.
Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Özbəkistan prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Viktor Mahmudovun dəvəti ilə dünən Daşkəndə gedib.