Mart 16, 2022 15:06 Asia/Baku
  • Qurbanqulu Berdiməhəmmədov və Seyid İbrahim Rəisi
    Qurbanqulu Berdiməhəmmədov və Seyid İbrahim Rəisi

Prezident Rəisi Şimal-Cənub dəhlizinin əhəmiyyətinə toxunaraq, deyib: "Biz ümid edirik ki, Türkmənistanda yeni prezidentlik dövründə İran-Türkmənistan əməkdaşlığının və daha aktiv iqtisadi imkanlardan istifadənin şahidi olacağıq".

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi dünən gecə Türkmənistanın Milli Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovla telefon danışığında onun prezidentliyi dövründə Tehran-Aşqabad əlaqələrinin inkişafına toxunaraq, deyib: "İran İslam Respublikasının iradəsi həmişə iki ölkə arasında enerji, siyasət və təhlükəsizlik sahələrində əməkdaşlığı inkişaf etdirmək olub və sizin bu məqsədlərə çatmaqda rolunuz təqdirəlayiqdir".

Prezident Rəisi Türkmənistana səfərinə və bu ölkənin prezidenti ilə görüşünə işarə edərək, əlavə edib: "Siz hər zaman İran İslam Respublikası ilə uzunmüddətli və səmimi dostluğa arxalana bilərsiniz".

Türkmənistan Milli Şurasının prezidenti Qurbanqulu Berdiməhəmmədov da iki ölkə arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün göstərdiyi səylərə görə prezident Rəisiyə təşəkkür edib. 

Teqlər