Tehrandan insan hüquqları üzrə xüsusi məruzəçiyə cavab
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İranda insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçinin məlumatını qərəzli, tərəfkeşcəsinə, həmçinin qeyri-düzgün və mənfəətpərəstcəsinə məlumatlar və nəticələrlə dolu bir məlumat adlandırıb. Bildirib ki, insan hüquqlarına seçimli və siyasi yanaşma nəinki onun yüksəlişinə kömək etməyəcək, əksinə onun pozulması və zəifləməsinə səbəb olacaq.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bu gün Cavid Rəhmanın son məlumatı və sözlərinə reaksiyada belə deyib: Birtərəfli ədavətli hərəkətləri pisləyən İran İslam Respublikası, xüsusi məruzəçinin bu hərəkətlərin insan hüquqlarından bəhrələnməyə göstərəcək mənfi təsirlərinə nəzər salmamasını onun tərəfsiz olmamasının, həmçinin onun tərəfindən BMT-nin insan hüquqları şurasının 49-cu iclasına təqdim olunmuş hesabatın qüsurlu olmasının nişanəsi hesab edir.
İranın diplomatiya aparatının sözçüsü vurğulayıb: İran İslam Respublikası bu məlumatla bağlı əhatəli fikirlərini təqdim edib və bu sənəd BMT-nin insan hüquqları şurası tərəfindən rəsmi şəkildə yayılıbdır.
Məruzəçinin qərbli və terrorçu qruplaşmalar da daxil olmaqla qərəzli qaynaqlardan alınan və yanlış informasiyalara əsaslanan ittihamları və yalan iddialarını rədd edən Xətibzadə vurğulayıb: İran xüsusi məruzəçinin tapşırığını qəbul etməsə də, BMT-nin insan hüquqları şurasının qətnaməsini siyasi hesab etsə də, daima onun məlumatları və hesabatlarına öz fikirlərini bəyan edib. Təəssüflər olsun ki, bu sədaqətli yanaşma, məruzəçinin İranın fikirlərinə laqeydliyi ilə üzləşib və onun yanaşma tərzinin siyasi və tərəfkeşcəsinə olmasına təsdiq möhürü vurubdur.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi söyləyib: İran Qərb ölkələrinin insan hüquqları ilə bağlı ikibaşlı və riyakarcasına yanaşmalarını rədd etməklə dünyada insan hüquqlarını yüksəltməyi və ona dəstək verməyi özünə borc bilir və Amerikanın birtərəfli ədavətli hərəkət və təzyiqlərinə rəğmən, öz xalqının insan hüquqlarının yüksəldilməsini ciddi şəkildə davam etdirəcək.