Mart 23, 2022 09:03 Asia/Baku
  • Amerikaya təşəbbüslər təqdim etmişik

İran və İraqın xarici işlər nazirləri Hüseyn Əmir-Abdullahian və Fuad Hüseyn bir telefon əlaqəsində Vyana müzakirələri də daxil olmaqla müxtəlif məsələlər barədə danışıblar.

 SəhərAzəri-nin məlumatına əsasən, Əmir-Abdullahian bu telefon əlaqəsində belə deyib: Vyana müzakirələrində anlaşmanın yekun mərhələsinə yaxınıq və az sayda olan son dərəcə mühüm mövzularda Avropa Birliyinin koordinatoru vasitəsilə Amerikaya təşəbbüslər təqdim etmişik. Hazırda öz iddia etdiyi xoşməramlılığını əməldə göstərməsi üçün növbə, amerikalı tərəfindir. Biz yaxşı, güclü və dayanıqlı bir anlaşmaya çatmaqda əzmkarıq. Doktor Baqiri Mora ilə birbaşa və daimi təmasdadır.

İslam Əməkdaşlıq Təşkilatının konfransının keçirilməsinə işarə edən Əmir-Abdullahian həmçinin bu təşkilatın İslam Ümmətinin həmrəylik atmosferinin gücləndirilməsinə kömək edəcək mövzular üzərində təmərküzləşməsini istəyib.

Teqlər