İran silahlı qüvvələri:
"İran xalqı dünyaya dini demokratiyanın yeni modelini təqdim etdi"
İran İslam Respublikası ordusu 12 Fərverdin günü (1 aprel) münasibəti ilə bir bəyanat yayaraq, bildirib ki, İslami İran xalqı inqilabın qələbəsindən sonra dünyaya yeni dini demokratiya modelini təqdim etdi.
SəhərAzəri-nin məlumatına əsasən, İmam Xomeyninin (r.ə) rəhbərliyi ilə İslam İnqilabının şanlı qələbəsindən sonra 1979-cu ilin aprelində bütün İranda İslam Respublikası referendumu keçirildi.
Referendumun nəticələrinə görə, səs vermə hüququna mailk olanların 98 faizdən çoxu İslam Respublikasının yaradılmasına razılıq verib.
Bu münasibətlə İran təqvimində 12 fərvərdin, İslam Respublikası günü adlandırılıb.
İran İslam Respublikası Silahlı Qüvvələri bir bəyanat yayaraq, 12 Fərvərdin münasibətilə təbriklərini bildirib və qeyd edib ki, bu gündə tağut dəfn olundu, onun ardınca üsyan və tüğyan da dəfn olundu və ölkə, daxili və xarici düşmənlərin və talançıların caynağından xilas oldu.
Bəyanatın davamında deyilir: "İslam Respublikası bütün düşmənçiliklər qarşısında qüdrətlə və möhkəm dayandı, sarsılmadı, əksinə gücləndi və və öz varlığından kənarda müsəlmanları da oyatdı və biz bu gün müsəlmanların oyanışının şahidiyik".
İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH da bir bəyanatda bildirib: "İran İslam Respublikası dünya imperializmi və hegemonçuların düşmənçilikləri, fitnəkarlıqları və böhran yaratmaları nəticəsində yaranan bütün daxili və xarici çətinliklərə baxmayaraq, müxtəlif sahələrdə, xüsusilə də müdafiə və çəkindiricilik sahəsində əldə etdiyi heyrətamiz nailiyyətlərlə düşmənlərin qəzəbinə və məyusluğuna səbəb olub".
SEPAH-ın bəyanatında vurğulanır: İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın adı ilə birləşən və həmişə İslam quruluşu düşmənlərinin vahid cəbhəsinin, xüsusilə də ABŞ-ın böhranla yaşayan terrorçu və mafiya rejiminin tamahına səbəb olan və onun üçün xəyallar qurduqları İranın raket gücü, populyarlığı və regional nüfuzu xalqımızın qırmızı xəttidir və heç zaman düşmənlərin təhdidi, təzyiqi, damğası və ya medialarının şər təbliğatının təsiri nəticəsində dəyişməyəcək".