İran BMT-nin təşəbbüsünü alqışlayıb
İran Yəməndə hərbi əməliyyatların iki ay müddətinə dayandırılması üzrə təşəbbüsü alqışlayıb.
SəhərAzəri-nin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsinin Yəməndə hərbi əməliyyatların iki ay müddətinə dayandırılması, yanacaq və qida maddələri daşıyan gəmilərin girişinə icazənin verilməsi və Səna hava limanının nisbətən açılmasına dair təşəbbüsünü alqışlayıb.
Qeyd edək ki, BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi dünən axşamçağı Sənanın bütün hərbi əməliyyatların dayandırılması və Yəmənə qarşı mühasirənin azaldılması barədə bu ölkənin istefa vermiş hökuməti və təcavüzkar koalisiya ilə razılaşmasından xəbər verdi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü ümidvarlıq edibdir ki, bu addım Yəmən böhranı üçün siyasi həll yolunun tapılması istiqamətində atəşkəsin daimi bərqərarı və mühasirənin tam şəkildə aradan qaldırılması üçün bir başlanğıc ola biləcək.
BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Hans Qrundberq dünən axşamçağı deyib ki, tərəflər Yəmənin içərisində bütün hava, quru və dəniz hərbi əməliyyatları və sərhəddən kənar əməliyyatların dayandırılması barədə razılığa gəliblər.