Rəisi: "İran dinc nüvə sahələrində araşdırmaları davam etdirəcək"
İran İslam Respublikası prezidenti Nüvə Nailiyyətləri Sərgisinə baxış keçirərkən, İran hökumətinin dinc nüvə sənayesi sahəsində tətqiqatları dəstəklədiyini vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün 20 fərvərdin (7 aprel) İranda Milli Nüvə Texnologiyası Günündə prezident Rəisi İran alimlərinin dinc nüvə fəaliyyətləri sahəsində yeni nailiyyətləri ilə tanış olmaq üçün Milli Atom Enerjisi Təşkilatının sərgisini ziyarət edib.
İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi Sammit Zalında keçirilən Nüvə Nailiyyətləri Sərgisində olaraq, İran istehsalı olan müxtəlif nəsil sentrifuqalar da daxil olmaqla, 9 yeni nüvə nailiyyəti, eləcə də son illərdə əldə edilən digər elmi və dinc nailiyyətlərə baxış keçikrib.
Rəisi baxış zamanı iranlı gənc alimlərin nüvə texnologiyası sahəsində irəliləyişindən qürur duyduğunu bildirib və bu inkişafları özünə inam və daxili gücə arxalanmanın simvolu kimi qiymətləndirib və bu ruhun ölkənin digər sənaye və strateji sahələrinə yayılmasına çağırıb.
Prezident dinc nüvə enerjisindən istifadə hüququnu vurğulayaraq, deyib: "İranlı gənclərə və elm adamlarına və cihadçı işlərə arxalanmaq həmişə işləyən bir modeldir və digər sahələrdə də istifadə olunmalıdır".
Raeisi, İranın başqalarının rəyindən və istəklərindən asılı olmayaraq dinc nüvə sahələrində araşdırmalara davam edəcəyini bildirərək, əlavə edib: "Xoşbəxtlikdən, alimlərin nüvə enerjisindən dinc məqsədlərlə istifadə edilməsində araşdırma işləri sürətlə gedir və hökumət bu prosesi dəstəkləyəcək".