İran ordusunun dəniz donanmasının 80-ci eskadrası ölkəyə qayıdıb
İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin 80-ci eskadrasının “İONS 2022” təlimində iştirak edən dənizçiləri və gəmiləri İslami vətənə qayıdıblar.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin 80-ci eskadrasının Fransanın ev sahibliyi ilə keçirilən "İONS 2022" təlimində iştirak edən dənizçiləri və gəmilərinin qarşılanması mərasimi Konarək limanı terminalında yan alaraq, keçirilib.
İran İslam Respublikası Ordusunun Strateji Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Şəhram İrani bu mərasimdə deyib: "Hərbi dəniz qüvvələri yüksək səviyyəli təlimləri sayəsində İONS təlimlərində iştirak edən digər ölkələrin kənarında bu yarışlarda İranı avadanlıq və personalın kəmiyyəti və keyfiyyəti baxımından parlaq şəkildə təmsil etdilər və beynəlxalq sularda İran İslam Respublikasının müqəddəs bayrağını dalğalandırdılar.
İONS Kombinə Dəniz Təlimləri İran İslam Respublikası, Hindistan, Banqladeş və Hind okeanı regionunun sahilyanı ölkələrinin hərbi-dəniz qüvvələrinin və tamamilə İran istehsalı olan Dena destroyerinin iştirakı ilə və 29-31 mart tarixlərində üçü gün müddətinə Hindistanın Qoa limanında keçirilib.