İslami İranda ikinci Qədr gecəsinin mərasimləri keçirilib
Fəzilətlə dolu qədr gecələrindən ikinci gecənin əhya mərasimi, koronavirusun yayılmasının qarşısını almaq üçün səhiyyə protokollarının nəzərə alınması ilə, bütün İslami İranda keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün şənbə günü Ramazan ayının 21-i, dünya şiələrinin birinci imamı Həzrət Əlinin (ə) şəhadətinin ildönümü günüdür.
İmamət və vilayət aşiqləri dünən gecə, mübarək Ramazan ayının 21-ci gününün gecəsində İran boyu məscidlər, təkyələr, hüseyniyyələr, ziyarətgahlar və digər dini məkanlarda bir araya gəliblər. Onlar obaşdan çağınadək Quran qiraət edib, "Cövşən Kəbir» duası oxuyub, böyük ilahi adları zümzümə ediblər.
İsmət və paklıq Əhli-beytinin (ə) mədhiyyəçiləri də müttəqilərin mövlası Həzrət Əlinin (ə) matəmində növhələr oxuyub, müsibəti zikr ediblər.
İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı Allah-Taaladan mübarək Ramazan ayında, xüsusilə də Qədr gecələrində bütün müsəlmanların ibadətlərinin qəbul olunmasını diləyir.