Apr 29, 2022 12:48 Asia/Baku
  • Qüds Günü
    Qüds Günü

İran boyu keçirilən Ümumdünya Qüds Günü yürüşünün iştirakçıları, bu düşmən sarsıdan yürüşdə, yekun qətnamə qəbul ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Ümumdünya Qüds Günü yürüşünün iştirakçıları bu qətnamədə məzlum Fələstin xalqına dəstək verməklə yanaşı, saxta sionist rejimə qarşı öz nifrətlərini ifadə ediblər.

Qətnamədə Qüdsi-Şərifin azad edilməsi, məzlum və müdafiəsiz Fələstin xalqının qəsbkar sionist rejimin hökmranlığı altından xilas olunması və xərçəng şişi olan İsrail rejiminin məhv edilməsi üzrə səyi, İslam Dünyasının yüksək amalı adlandıran yürüş iştirakçıları bu işğalçı rejimlə hər hansı sazişin və münasibətlərin adiləşdirilməsinin bağışlanmaz bir xəyanət olduğunu bildiriblər.

Ümumdünya Qüds Günü yürüşünün qətnaməsində sonra deyilir: Qüds Gününü və Fələstin xalqına dəstəyi, İslami İranın milli təhlükəsizliyinin dayağı, həmçinin dünya imperializmi və hegemonçuluq sisteminin fitnələri qarşısında İslam Ümmətinin vəhdəti və ittifaqı hesab edirik. Beynəlxalq və regional orqan və təşkilatlardan istəyirik ki, qətiyyətli və real mövqe tutmaqla/ dünyanın müxtəlif nöqtələrindəki fələstinli didərginlərin geri dönmələri və bu ölkənin gələcəyini təmin etmək üçün əhatəli və sərbəst referendumun keçirilməsi olan Fələstin məsələsinin yeganə həll yolunu himayə edib, hər hansı alternativ və qəddarcasına zahiri həll yoluna qarşı çıxsınlar.

 

Teqlər