May 01, 2022 13:17 Asia/Baku
  • Hər nəfər üçün 2.4 – 9 manat civarında

Mübarək Ramazan ayının başa çatması ilə müəzzəm təqlid mərcələri bu il üçün fitrə zəkatının miqdarını elan etmişlər.

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahül-uzma Xameneinin Dəftərxanasından bildiriblər ki, mükəlləf özü və onun tabeliyində olanlar üçün 3 kiloqram buğda, arpa, xurma, kişmiş, düyü və ya qarğıdalı və ya bu kimi şeylərdən müstəhəq şəxslərə verməlidir və bunlardan hər birini ödəsə, kifayət edər.

İzahahatda deyilir ki, bu il fitrə zəkatı hər bir adam üçün buğdanın qiyməti əsasında “40 min tümən” və ya 2.4 manat təyin edilib.

Fitrə zəkatı üçün bir sıra digər təqlid mərcələrinin isə tapşırıqları belədir:

Ayətullahül-uzma Sistaninin ofisi bildirir:

Buğda: 40 min tümən və ya 2.4 manat ( hər bir nəfər üçün)

İran düyüsü: 225 min tümən

Qeyri-İran düyüsü: 60 min tümən

 

Ayətullahül-uzma Vəhid Xorasaninin ofisi bildirir:

Buğda: 40 min tümən

Düyü: 140 min tümən

 

Ayətullahül-uzma Şübeyri Zəncaninin ofisi bildirir:

Buğda: 40 min tümən

İran düyüsü: 250 min tümən

Pakistan düyüsü: 110 min tümən

 

Ayətullahül-uzma Məkarim Şirazinin ofisi bildirir:

Buğda: 40 min tümən

Düyü: 150 min tümən

 

Ayətullahül-uzma Sübhaninin ofisi bildirir:

Buğda: 40 min tümən

Düyü: 150 min tümən

 

Ayətullahül-uzma Nuri Həmədaninin ofisindən isə bildiriblər ki, müxtəlif şəhərlərdə buğda və düyü qiymətləri fərqli ola biləcəyi üçün dindarlar bu məbləğlərin ekvivalentini yaşadıqları yerin qiymətinə uyğun hesablayıb ödəyə bilərlər.

Bu məlumata əsasən, buğdanın üstünlük təşkil etdiyi ailələrdə fitrə zəkatının miqdarını 40.000 tümən və İran düyüsünün üstünlük təşkil etdiyi ailələrdə onun miqdarı 150.000 tüməndir ki, bunlardan hər birini möminlər ödəyə bilərlər.

Xatırladaq ki, hazırda hər 16600 tümən bir manat təşkil edir və Azərbaycan Respublikasındakı müqəllidlər qeyd olunan ərzaqları və ya onun manat ekivalentini ödəyə bilərlər.

Teqlər