May 07, 2022 08:51 Asia/Baku
  •  Gündəlik neft hasilatı 5.7 milyon barelə çatdırılır

 İran İslam Respublikası gündəlik neft hasilatını 5.7 milyon barelə çatdırmaq niyyətindədir

SəhərAzəri-nin məlumatına əsasən, İranın Milli Neft Şirkətinin icraçı direktoru Möhsün Xocəste Mehr ölkənin cənubunda Xark adasındakı neft təsisatlarına baş çəkən zaman yaxın illər üçün neft hasilatı ilə bağlı planı açıqlayıb.

O qeyd edib ki, gələcək səkkiz il ərzində ölkədə xam neft hasilatının perspektivləri gündə 5,7 milyon barel neft hasilatına çatmağa əlverişli imkan yaradır.

Möhsün Xocəste Mehr, ixrac imkanlarına uyğun olaraq stansiyaların gücünün artırılmasını istəyib.

Qeyd edək ki, İranın neft naziri Cavad Ouci ötən aykı açıqlamasında bildirib ki, İranın gündəlik neft hasilatının miqdarı ABŞ sanksiyalarından öncəki dövrə yəni gündəlik 3.5 milyon barel hasilata qayıdıb.

Teqlər