Xətibzadə: Qüds işğalçılarına qarşı döyüşmək fələstinlilərin qanuni haqqıdır
https://azeri.sahartv.ir/news/İran-i388849-xətibzadə_qüds_işğalçılarına_qarşı_döyüşmək_fələstinlilərin_qanuni_haqqıdır
İran Xarici İşlər Nazirliyinin sözçüsü Qüds və Fələstin torpaqlarını işğal edənlərə qarşı mübarizəni Fələstin xalqının təbii, qanuni və legitim haqqı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2022 06:48 Asia/Baku
  • Xətibzadə: Qüds işğalçılarına qarşı döyüşmək fələstinlilərin qanuni haqqıdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü Qüds və Fələstin torpaqlarını işğal edənlərə qarşı mübarizəni Fələstin xalqının təbii, qanuni və legitim haqqı adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə sionistlərin Məscidül-Əqsaya və Fələstindəki müqəddəs yerləri müdafiə edənlərə və ibadət edənlərə qarşı növbəti dəfə hücumunu pisləyib və deyib: "İşğalçılıq və işğalçılar tənəzzüldədir, Qüds və Fələstin torpaqlarını işğal edənlərə qarşı mübarizə, Fələstin xalqının təbii, qanuni və legitim haqqıdır".

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsrailin aparteid rejiminin işğal olunmuş Fələstin torpaqlarında artan təcavüzü və vəhşi hərəkətlərinə toxunaraq, regional və beynəlxalq cəmiyyətləri, hökumətləri və xalqları Fələstin xalqının özünü müdafiə etməsinə və sionist işğalçılarla mübarizəsinə dəstək verməyə çağırıb.