Trampın müdafiə naziri:
General Süleymaninin terroru siyasi məqsədlər üçün həyata keçirilib
ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper öz kitabında ifşa edib ki, general Süleymaninin ABŞ üçün təhdid olduğuna dair Vaşinqtonun sabiq rəsmilərinin iddiasının əksinə olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın keçmiş komandanının terroru 2020-ci il seçkilərində Trampa xal qazanmaq məqsədi ilə həyata keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın keçmiş Müdafiə Naziri öz xatirə kitabında bu ideyanı "çox böyük nəticələri olan pis fikir" adlandırıb və yazıb ki, ABŞ ordusunun birgə qərargahının o vaxtkı rəisi general Mark Milli "O'Brien"in bu hücumda sırf Trampın siyasi maraqlarını nəzərə aldlığını düşünürdü.
"Guardian"ın yazdığına görə, Xatirə boyu Mark Esper özünü Trampın və ya tabeliyində olanların təklif etdiyi pis və ya qeyri-qanuni ideyalara – məsələn, general Süleymaninin terror edilməsi təklifinə müqavimət göstərən ağıllı bir şəxs kimi təqdim etməyə çalışır.
Guardian yazıb: "Tramp Tehrana qarşı düşmənçiliyi öz administrasiyasının və ABŞ prezident seçkilərində yenidən seçilmək üçün platformasının mühüm tərkib hissəsinə çevirmişdi. Donald Trampın ən mübahisəli hərəkətlərindən biri general Süleymaninin terror edilməsinə göstəriş vermək olub.