İşğalçılar dünya xalqlarının agah olmalarından qorxurlar
https://azeri.sahartv.ir/news/İran-i389035-İşğalçılar_dünya_xalqlarının_agah_olmalarından_qorxurlar
İran İslam Respublikasının xarici işlər naziri Əlcəzirə telekanalı müxbirinin İsrail rejimi tərəfindən terror edilməsini bu rejimin dünya xalqlarının Fələstindəki zülm gerçəkliyindən agah olmalarından qorxmasının nişanəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2022 07:35 Asia/Baku
  •  Hüseyn Əmir-Abdullahian
    Hüseyn Əmir-Abdullahian

İran İslam Respublikasının xarici işlər naziri Əlcəzirə telekanalı müxbirinin İsrail rejimi tərəfindən terror edilməsini bu rejimin dünya xalqlarının Fələstindəki zülm gerçəkliyindən agah olmalarından qorxmasının nişanəsi adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahian sionistlərin bu cinayətinə reaksiyada tvitter-də yazıb: İsrail rejiminin cinayətləri haqdakı xəbərləri danmaq məqsədilə həyata keçirilmiş Şirin Əbu-Aqilənin məqsədyönlü terroru, işğalçıların dünya xalqlarının Fələstin səhnəsindəki zülm gerçəkliyindən agah olmalarından qorxduqlarını göstərir.

Əmir-Abdullahian əlavə edib: Fələstin yaşayır, işğalçılıq isə məhv olmağa doğru gedir. Sionist rejimin cəzasız qalmasına son qoyulmalıdır.

Sionistlərin Əlcəzirə telekanalının müxbiri Şirin Əbu-Aqiləni terror etmək üzrə yeni cinayəti geniş beynəlxalq qınaqla üzləşib.

Sionist rejim hərbçiləri indiyədək yüzlərlə jurnalisti həbs edib, yaralayıb və ya şəhid ediblər.