May 15, 2022 11:22 Asia/Baku
  • Əmir-Abdullahian-Bayramov dialoqunun istiqaməti

Dünən axşam İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri arasında telefon söhbəti olub.

SəhərAzəri-nin məlumatına əsasən, Söhbət zamanı tərəflər iki ölkə arasındakı əlaqələrin müxtəlif sahələrində, əməkdaşlıqların inkişaf etdirilməsi barədə danışıb,/ fikir mübadiləsi aparıblar.

İran xarici işlər naziri iki tərəfin xarici işlər nazirliklərinin siyasi münasibətlərin genişləndirilməsi sahəsindəki ortaq tapşırığını xüsusi vurğulayıb.

İki ölkə prezidentinin ötənilki görüşünə diqqət çəkən Əmir-Abdullahian prezidentlər səviyyəsində mühüm razılaşmaların əldə olunduğunu və onların tam icrasının Tehran və Bakının birgə iş gündəmində durduğunu qeyd edib.

Əmir-Abdullahian həmçinin Bakıda Birgə İqtisadi Komissiyanın iclasının uğurla keçirilməsini ikitərəfli münasibətlərin inkişafında son mühüm nailiyyətlərdən adlandırıb.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da öz növbəsində qarşılıqlı münasibətlərin inkişafı vacibliyinə işarə edib.

Müxtəlif səviyyələrdə siyasi münasibətlərin gücləndirilməsi və diplomatik səfərlərin davam etdirilməsinə hazırlıq elan edən Bayramov iki ölkənin xələlgötürməz yaxın əlaqələrinə təkid edib.

İki prezident arasındakı razılaşmalara toxunan Azərbaycan Respublikasının xarici işlər naziri İran şirkətlərinin Qarabağın yenidən qurulmasındakı iştirakını bu prosesdə mühüm addım adlandırıb.

 

Teqlər