May 24, 2022 19:49 Asia/Baku
  • İranda 10 mərtəbəli binanın uçması nəticəsində ölən və yaralananların sayı artıb

İranın Xuzistan vilayətinin Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə, əksəriyyəti yüngül olmaqla yaralıların sayı isə 35-ə çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, dağıntılar altından 32 nəfərin xilas edildiyi bildirilib.

Hadisə nəticəsində 11 nəfərin həyatını itirməsi ilə əlaqədar sabah Abadan və Xürrəmşəhrdə ümumi matəm elan edilib.

Hadisənin üstündən 1 gün keçməsinə baxmayaraq, hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Ötən gün Abadan şəhərinin Əmiri küçəsində Metropol adlı tikilməkdə olan 10 mərtəbəli binanın bir hissəsi çöküb.

Rəsmilər dağıntının səbəbinin araşdırıldığını bildiriblər.

Hadisə ilə əlaqədar bir neçə nəfər həbs edilib.

Teqlər