Şəmxani ABŞ-ın birtərəfli siyasətləri ilə mübarizəyə çağırıb
-
Şəmxani
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib ki, dünya Amerikanın birtərəfli siyasətləri ilə mübarizədə birləşməlidir.
SəhərAzəri-nin məlumatına əsasən, Dördüncü regional təhlükəsizlik dialoqunda iştirak üçün Tacikistana səfər etmiş İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdə, onunla ikitərəfli, regional və beynəlxalq məsələlər barədə söhbət edib.
Şəmxani bu görüşdə beynəlxalq səhnədə baş verən yeni hadisələrə görə İran-Rusiya əməkdaşlıqlarının daha da gücləndirilməsi zərurətinə təkid edib.
Qərbin Rusiyaya qarşı geniş sanksiyalar tətbiq etməsinə işarə edən Şəmxani qeyd edib ki, 43 ildir, sanksiyalara məruz qalan İran İslam Respublikası, müstəqil ölkələrə siyasi iradə tətbiq etmək üzrə sanksiyaların təsirsiz olmalarının simvoluna çevrilibdir.
Şəmxani Amerikanın birtərəfli siyasətlərinə qarşı çıxmaq üçün strateji Tehran-Moskva əməkdaşlıqlarının əsasının qoyulması vacibliyini vurğulayıb.