İyun 09, 2022 14:08 Asia/Baku
  • İİR XİN-dən AEBA-nın anti-İran qətnaməsinə cavab

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasında İran əleyhinə qətnamənin qəbul edilməsinin ardınca İran Xarici İşlər Nazirliyi bir bəyanatda bu qətnaməyə cavab verib.

SəhərAzəri-nin məlumatına əsasən, Bəyanatda deyilir: İran İslam Respublikası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasının iclasında Amerika, İngiltərə, Fransa və Almaniya tərəfindən təqdim edilmiş qətnamənin qəbul olunmasını siyasi, qeyri-düzgün və qeyri-konstruktiv bir addım kimi qınayır.

İran İslam Respublikası, 5 mart 2022-ci il tarixli birgə bəyanata əsasən, dəqiq texniki informasiyaların təqdim edilməsilə agentliklə anlaşmadakı xoşməramlılığını göstərdi. Gözlənilirdi ki, agentlik də müstəqil, tərəfsiz və peşəkar bir yanaşmada, agentliyin özünün də etiraf etdiyi kimi, heç bir vəchlə NPT ilə bağlı nigarançılığa malik olmayan müahidə mövzularının normallaşdırılması istiqamətində real və konstruktiv bir addım atacaq. Deyəsən, bəziləri unudublar ki, bütün ötən mövzular birdəfəlik və həmişəlik olaraq, 15 dekabr 2015-ci il tarixində direktorlar şurası tərəfindən qapandı.

İran İslam Respublikası keçən illər ərzində daima agentliklə konstruktiv əməkdaşlığa malik olub və agentliyin dünya səviyyəsindəki təftişlərinin nəzərəçarpacaq hissəsinin İranda həyata keçirilməsi, bu cəhətə bariz nümunədir. Belə ki, ölkəmiz hal-hazırda agentliyə üzv ölkələr arasında ən şəffaf dincməqsədli nüvə proqramına malikdir.

Sionist rejimin saxta və uydurulmuş məlumatlarına söykənən və agentliyin baş direktorunun tələsik və qeyri-müvazinətli hesabatına əsaslanan, qeyd olunan qətnamənin qəbul edilməsinin, İran İslam Respublikasının agentliklə anlaşmaları və əməkdaşlığı prosesini zəiflətməkdən başqa, heç bir başqa nəticəsi olmayacaq.

Bundan qabaq da bildirildiyi kimi, İran İslam Respublikası agentliyin qeyri-konstruktiv yanaşmasına və qeyd olunan qətnamənin qəbul edilməsinə görə, qarşılıqlı real addımlar atıbdır ki,/ modern sentrifuqaların quraşdırılması və müahidədənkənar kameraların fəaliyyətinin dayandırılması, bu qəbildəndir.

ABŞ-ın və Avropa üçlüyünün İran əleyhinə təklif etdilkləri qətnamə layihəsi çərşənbə günü Çin və Rusiyanın ciddi müxalifətlərinə rəğmən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasının mövsümi iclasında qəbul edilib.

Direktorlar şurasının 35 üzvündən otuz ölkə bu qətnamənin lehinə səs verib. Hindistan, Pakistan və Liviya qətnaməyə tərəfsiz,/ Rusiya və Çin isə əleyhinə səs veriblər.

 

Teqlər