Direktorlar Şurasının məqsədi, imtiyaz almaqdır
Tehranın cümə namazı xitabətçisi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasında İran əleyhinə qətnamənin qəbul edilməsində məqsədi, müzakirələrdə imtiyaz almaq adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, MAQATE-nin direktorlar şurasında İran əleyhinə qətnamənin verilməsinə işarə edən Ayətullah Seyid Əhməd Xatəmi deyib: Nəhayət, agentliyin baş direktorunun yanlış və qeyri-düzgün hesabatı ilə Amerika, sionist rejim və bəzi Avropa ölkələri tərəfindən İran əleyhinə qətnamə qəbul edildi.
Tehranın cümə namazı xitabətçisi söyləyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru qətnamə qəbul edilməzdən öncə sionist rejim başçısının görüşünə getdi. Bu, o deməkdir ki, qətnamə agentliyin baş direktorunun sionist rejimlə tam koordinasiyası ilə təşkil və qəbul edilib.
Tehranın cümə namazı xitabətçisi əlavə edib: İran İslam İnqilabının düşmənləri qırx ildən çoxdur ki, bu xalqı imtahan edirlər. Bu xalq heç kəsə bac vermir və zorakının ağzından vurur.