İyun 14, 2022 13:16 Asia/Baku
  • İddialar İsrailin uydurmaları əsasında irəli sürülüb

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin “şübhəli obyekt” adlandırdığı məkanlar haqda açıqlama verib

SəhərAzəri-nin məlumatına əsasən, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ölkədə bir sıra məkanlarda zənginləşdirilmiş uran qalıqlarının və məhsullarının saxlanılması və tapılması ilə bağlı ehtimallarını rədd edib.

AEBA-nin sədri Rafael Qrossi son hesabatında İranda üç məkanda zənginləşdirilmiş uranın qalıqlarının olması ehtimalından söhbət açıb.

İran tərəfi verdiyi cavabda iddiaların İsrail tərəfindən irəli sürüldüynü və İsrailin özünün nüvə silahını qadağan edən beynəlxalq müqaviləyə üzv olmadığını, eyni zamanda da nüvə silahına malik olduğunu bildirib.

Açıqlamada əlavə edilib ki, AEBA-nın Turquzabad, Mərivan və Cabir bin Həyyan adlı bölgələrdə və labaratoriyalarda uran qalıqlarının olması ilə bağlı hesabatı İsrailin verdiyi əsassız məlumatlara söykənir və bu o deməkdir ki, adıçəkilən rejim yenidən AEBA-nı İranda uzun-uzadı yoxlamalara cəlb etməyə çalışır.

İranın bəyanatında bildirilib ki, məkanlar barədə öncədən AEBA-ya məlumat verilib, necə ki, bundan öncə Tehranın iki labaratoriyasında şübhələrlə bağlı yoxlamalar aparılıb və  bir şey tapılmayıb.

Sözügedən bəyanatda İran beynəlxalq agentliyi ciddi əsaslarla çıxış etməyə və obyektiv olmağa çağırıb.

Teqlər