Xətibzadə Əfqanıstan xalqına başsağlığı verib
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əfqanıstanda zəlzələnin baş verməsilə bağlı, bu ölkə xalqının kədərilə bölüşüb, İran İslam Respublikasının zəlzələdən zərərçəkənlərə yardım göstərməyə hazır olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bu gün Əfqanıstanın şərəfli xalqından çox sayda insanın həyatını itirməsi və yaralanmasına, həmçinin maddi xəsarətlərə gətirib çıxaran bu ölkənin cənub-şərqində baş vermiş kədərli və acınacaqlı zəlzələ hadisəsindən sonra İran İslam Respublikasının xalqı və dövlətinin dərin təəssüf və kədərini dost və qardaş Əfqanıstan xalqına elan edib.
Bu təbii fəlakətdə həyatlarını itirənlər üçün bağışlanma diləyən İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həlak olanların ailələrinin qəminə şərik çıxıb və yaralılara şəfa diləyibdir.
Xətibzadə həmçinin İran İslam Respublikasının zəlzələdən zərərçəkənlərə hər cür yardım göstərməyə hazır olduğunu bəyan edib.