Lavrov Ayətullah Rəisi ilə görüşüb
Rusiyanın xarici işlər naziri çərşənbə günü axşam İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, görüşdə Rusiya xarici işlər nazirinin Ukraynadakı son vəziyyətlə bağlı ətraflı məruzəsindən sonra İran prezidenti müharibənin tez bir zamanda dayandırılmasının vacibliyini və İran İslam Respublikasının bu mövzuda diplomatik həll yolunun tapılmasına kömək etməyə hazır olduğunu vurğulayıb
Prezident Seyid İbrahim Rəisi qeyd edib ki, ABŞ və NATO-nun təhrik etmələri bu münaqişələrin baş verməsində mühüm rol oynamışdır və buna görə də dünyanın istənilən yerində, o cümlədən Qərbi Asiya, Qafqaz və Mərkəzi Asiyada NATO-nun nüfuzunun genişləndirmək səylərində diqqətli olmaq lazımdır.
Rəisi həmçinin Xəzər dənizi hövzəsində qonşu dövlətlər arasında əməkdaşlığın vacibliyinə toxunaraq, burada hər hansı xarici hərbi mövcudluğun qadağan edilməsinin diqqətlə saxlanılmasını istəyib.