İyul 04, 2022 15:18 Asia/Baku
  • Qalan məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həl olunmalıdır +VİDEO

Azərbaycan Respublikasının xarici işlər naziri bu gün səhər iranlı həmkarı tərəfindən qarşılandıqdan sonra onunla görüşüb və fikir mübadiləsi aparıb.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün səhər saatlarında Tehrana daxil olub və İranın Xarici İşlər Nazirliyinin binasında iranlı həmkarı Hüseyn Əmir Abdullahian tərəfindən qarşılanıb.

Xarici işlər nazirləri qarşılanma mərasimindən sonra danışıqlara başlayıblar.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ikitərəfli danışıqlardan sonra onunla keçirdiyi birgə mətbuat konfransında azərbaycanlı həmkarını ad günü münasibətilə təbrik edərək, deyib: "Görüşdə geniş spektrdə qarşılıqlı əməkdaşlıq məsələsini müzakirə etdik. İran-Azərbaycan münasibətlərinin yaxşı anlaşma, qarşılıqlı etimad və maraqlar əsasında mühkəmləndirilməsinin vacibliyini qeyd etdik".

İranın xarici işlər naziri Qarabağ məsələsi ilə bağlı qalan məsələlərdə ölkələrin ərazi bütövlüyünün qorunması vacibliyini vurğulayaraq, əlavə edib: "Biz qalan məsələlərin tərəflərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında, dialoq və diplomatiya yolu ilə həllinə hazırıq".

İranın xarici işlər naziri Azərbaycan prezidentinin Tehrana səfər edəcəyini elan etdiyini açıqlayıb və deyib: "Mən elə buradan İlham Əliyevə xoş gəldiniz deyirəm". 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da öz növbəsində İranda olmaqdan məmnunluq ifadə edərək, iranlı həmkarı ilə apardığı danışıqlarla bağlı deyib: "Bir çox məsələlər müzakirə olundu və biz həmçinin, yarımçıq qalmış birgə layihələrin tamamlanma və istismarını izləmək və yeni layihələri müəyyən edib həyata keçirmək barədə razılığa gəldik".

Bayramov həmçinin Azərbaycanın Şimal-Cənub dəhlizinin imkanlarını artırmağa və Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib və əlavə edib: "Biz Qarabağda xəstəxana və məktəb tikintisini İran şirkətlərinə həvalə etmişik".

Zəngəzur iqtisadi zonasının İran üzərindən Naxçıvana birləşdirilməsi layihəsinə toxunan azərbaycanlı baş diplomat qeyd edib ki, inşallah, yaxın gələcəkdə həmin ərazidə ilk körpünün tikintisinə başlanacaq və ikinci körpünün inşası koordinasiya ediləcək.

 

Teqlər