İyul 09, 2022 10:49 Asia/Baku
  • Rəisi Yaponiyanın keçmiş baş nazirinin vəfatı ilə bağlı başsağlığı verib

İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanladığı müraciətində cümə günü Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qeyri-insani terror aktı nəticəsində həlak olması ilə əlaqədar Yaponiya hökuməti və xalqına başsağlığı verib.

SəhərAzəri-nin məlumatına əsasən, prezident Rəisinin ünvanladığı mesajda bildirib ki, Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qeyri-insani silahlı hücumda öldürülməsi üzücüdür. O mərhum, yapon xalqı üçün böyük siyasətçi və İran İslam Respublikası ilə Yaponiya arasında tarixi əlaqələrin inkişafında mühüm rol oynamış beynəlxalq şəxsiyyət idi.

Rəisi sonda Yaponiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı və həmrəylik ifadə edərək, o, mərhumun ruhuna hüzur və rəhmət diləyib.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da yapon həmkarı Hayaşi Yuşimasaya bir müraciət ünvanlayaraq, bu ölkənin keçmiş baş naziri Şinzo Abenin vəfatı ilə əlaqədar Yaponiya xalqına və hökumətinə başsağlığı verib.

İranın xarici işlər naziri mesajında ​​Şinzo Abedən Cənub-Şərqi Asiyanın inkişafında əsas rol oynayan görkəmli lider kimi yad edib.

Yaponiyanın keçmiş baş naziri Şinzo Abe cümə günü seçki kampaniyası çərçivəsində bu ölkənin qərbindəki Nara şəhərində çıxış edərkən, güllələnərək ağır yaralanıb. 67 yaşlı keçmiş baş nazir xəstəxanada dünyasını dəyişib.

Abeni öldürməyə cəhd edən şəxsin Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin keçmiş üzvü və Nara sakini, 41 yaşlı Tetsuya Yamaqami olduğu müəyyən edilib.

Teqlər