İyul 13, 2022 13:17 Asia/Baku
  • Qalibaf: İran qonşuları ilə 200 milyard dollarlıq ticarəti hədəfləyib

İran parlamenti-İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf İranın qonşu ölkələrlə 200 milyard dollarlıq ticarəti hədəflədiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Özbəkistanda iranlı iş adamları və istehsalçıları ilə görüşdə region əlkələri və qonşularla mübadilələrin artırılmasının İranın xarici siyasətinin prioritet istiqaməti olduğunu vurğulayıb və əlavə edib: "Bu məsələ İslam İnqilabının Ali Məqamlı Rəhbəri tərəfindən də vurğulanıb və makro dövlət sənədlərində qeyd olunacaq".

İranın qanunvericilik orqanının rəhbəri özəl sektorunun iqtisadi sahənin əsas döyüşçüləri olduğunu vurğulayaraq, deyib: "Hökumət iqtisadi sahədəki rolunun, asanlaşdırma və siyasətin qurulması olduğunu dərk etməli və özəl sektorun aktivləşməsi üçün şərait yaratmalıdır".

İran parlamentinin sədri qeyd edib ki, ehtiyaclar və məhdudiyyətlər müəyyən edilməlidir. Bəzən sanksiyalar İranın bəzi ticarət tərəfdaşlarının ehtiyatlı davranmasına səbəb olur ki, bunun üçün də həll yolu düşünülməlidir və ikitərəfli mübadilələrin artırılması kimi məsələlərə üstünlük verməklə bu problemlər həll edilə bilər.

Qalibaf, həmçinin İranın mühəndislik xidmətləri və biliyə əsaslanan sahələrdə yüksək imkanlara malik olduğunu bildirib və əlavə edib: "Yüksək sürət, dəqiqlik və keyfiyyət baxımından mövcud imkanları nəzərə alaraq, Özbəkistanda bu sahədə daha böyük paya malik ola bilərik". 

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Özbəkistanın rəsmiləri ilə görüşüb, fikir mübadiləsi aparmaq üçün çərşənbə axşamı Daşkəndə səfər edib.

Özbəkistan parlamentinin rəhbərləri və Özbəkistanda fəaliyyət göstərən bir sıra iranlı iş adamları ilə görüşlər, bəzi mədəni imkanlara baxış keçirmək və iki ölkə arasında parlament və iqtisadi əlaqələri inkişaf etdirmək İran İslam Şurası Məclisinin sədri və onu müşayiət edən nümayəndə heyətinin Özbəkistana səfərinin gündəmində olacaq. 

Teqlər