İran parlamentinin sədri Daşkənddə özbəkistanlı həmkarı ilə görüşüb
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Özbəkistanın Qanunvericilik Məclisinin sədri Nuriddincan İsmayılov ilə görüşüb. Görüşdə tərəflər iki ölkə arasında ticarətin həcminin iki milyard dollara çatdırılmasının vacibliyini vurğulayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Özbəkistanın Qanunvericilik Məclisinin sədri Nuriddincan İsmayılov ilə görüşdə deyib ki, Özbəkistana səfərinin əsas nailiyyətlərindən biri mədəni və iqtisadi əlaqələrin genişləndirilməsi olmalıdır. Ticarət mübadiləsini iki milyard dollara çatdırmaq Özbəkistana səfərdə izlənilməli olan məqsədlərdən biridir.
Qalibaf əlavə edib: "İran İslam Respublikasında 11-ci parlamentin və 13-cü administrasiyanın əsas strategiyası qonşu ölkələrlə, xüsusən də müsəlman ölkələri ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir".
İslam Şurası Məclisinin sədri rəhbəri İranın hazırkı vəziyyətdə Özbəkistana xüsusi önəm verdiyini bildirərək, deyib: " İran-Özbəkistan əməkdaşlığı tranzit sahəsində, xüsusən də Özbəkistanın azad sulara yəni Fars körfəzi və Oman dənizinə çıxışı ilə bağlı böyük imkanlar yaratmaq üçün zəmin yarada bilər".
Qalibaf, həmçinin ABŞ-ın İran İslam Respublikasına qarşı bütün beynəlxalq qanunlara zidd olan birtərəfli sanksiyalarına işarə edərək bildirib ki, İran sanksiyalara baxmayaraq mühəndislik, kiber, səhiyyə, elm və biliyə əsaslanan xidmətlər sahələrində qabaqcıl ölkələrdən biri olub.
İran İslami Şura Məclisinin sədri qeyd edib ki, İran bu sahələrdən bəziləri üzrə dünyanın ilk 10 ölkəsi sırasındadır və bu yolla İran-Özbəkistan əlaqələri genişləndirilə bilər.