Əmir Abdullahian İraqa regional dialoqun inkişafı üçün göstərdiyi səylərə görə təşəkkür edib
İranın xarici işlər naziri iraqlı həmkarı ilə telefon danışığında bu ölkənin regionda sabitlik, təhlükəsizlik və inkişafı gücləndirmək üçün regional dialoqun formalaşması və inkişafında göstərdiyi səylərə və konstruktiv roluna görə, təşəkkür edib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İraqın xarici işlər naziri Fuad Hüseyn bu telefon danışığında ikitərəfli münasibətlər sahəsində qarşılıqlı maraq doğuran bəzi məsələlər, eləcə də bəzi regional məsələlər, o cümlədən Tehran və Ər-Riyad arasında danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıblar.
Abdullahian üçün İraqın regionda sabitlik, təhlükəsizlik və inkişafın gücləndirilməsi üçün regional dialoqların formalaşması və inkişafındakı səylərini və konstruktiv rolunu yüksək qiymətləndirib və İranın müxtəlif ikitərəfli və regional sahələrdə hər iki tərəfin əhəmiyyət verdiyi məsələləri təqib etmək üçün iraqlı həmkarı ilə məsləhətləşmələri və fikir mübadiləsini davam etdirməyə hazır olduğunu bildirib.
Əmir Abdullahian, həmçinin iraqlı həmkarını Qurban və Qədiri-Xum bayramları münasibətilə təbrik edib.
İraqın xarici işlər naziri Fuadd Hüseyn də öz növbəsində iranlı həmkarını bu bayramlar münasibətilə təbrik edib və İraqın bu yaxınlarda keçirilən Ciddə Sammitində iştirakına işarə edərək, Əmir Abdullahian ilə bu görüşlə bağlı öz fikirlərini bölüşüb.
O, həmçinin İraq hökumətinin Ciddə Sammitində regional əməkdaşlıq üçün lazım olan danışıqlar və məsləhətləşmələri apardığını və ölkəsinin regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini bildirib.