İranlı futbolçu AÇL-in ən yaxşı səkkiz müdafiəçisi arasında
https://azeri.sahartv.ir/news/İran-i391309-İranlı_futbolçu_aÇl_in_ən_yaxşı_səkkiz_müdafiəçisi_arasında
Asiya Futbol Konfederasiyası 2022-ci il Asiya Çempionlar Liqasının ən yaxşı səkkiz müdafiəçisinin adını açıqlayıb; iranlı futbolçu da onlardan biridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2022 09:09 Asia/Baku
  • İranlı futbolçu
    İranlı futbolçu

Asiya Futbol Konfederasiyası 2022-ci il Asiya Çempionlar Liqasının ən yaxşı səkkiz müdafiəçisinin adını açıqlayıb; iranlı futbolçu da onlardan biridir.

SəhərAzəri-nin məlumatına əsasən, Mərkəz müdafiəçisi kimi çıxış edən Xuzistanın “Fulad” komandasının üzvü- Arif Ağası Asiya Futbol Konfederasiyasının seçiminə əsasən, Asiya Çempionlar Liqasının ən yaxşı səkkiz müdafiəçisi arasında qərarlaşıb.

Xuzistanın “Fulad” komandası Asiya Çempionlar Liqasının ilkin mərhələsindən seçmə mərhələsinə yüksəlməyə nail olub.

“Fulad” səkkizdə bir finalda Ərəbistanın “Əl-Fəysəli“ komandası ilə görüşməlidir.