İyul 19, 2022 15:24 Asia/Baku
  • İran və Türkiyə prezidentləri müştərək mətbuat konfransında çıxış ediblər

İran və Türkiyə arasında əməkdaşlıq memorandumlarının imzalanması mərasimindən sonra iki ölkə prezidentləri mətbuata çıxış ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası və Türkiyə Cümhuriyyətinin prezidentləri Seyid İbrahim Rəisi və Rəcəb Təyyib Ərdoğan bu gün Tehranda Sədabad sarayında iki ölkə arasında Əməkdaşlıq üzrə Ali Şuranın 7-ci iclasından eləcə də iki ölkə rəsmiləri arasında əməkdaşlıq memorondumlarının imzalanması mərasimindən sonra mediya mənsublarına çıxış ediblər.Prezidentlər hər iki tərəfi maraqlandıran mövzuların müzakirə olunduğunu iki qonşu, qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıqların daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Terrorizm ilə mübarizə sahəsində əməkdaşlıqların bundan sonra da davam edəcəyinə xüsusi təkid ediblər.

Teqlər