İyul 28, 2022 12:36 Asia/Baku
  • güləş
    güləş

İtaliyada keçirilən dünya çempionatında bir qızıl, iki gümüş və dörd bürünc medal, həmçinin yüz otuz beş “komanda xalı” toplayan İranın on yeddi yaşadək yunan-roma güləşi komandası dünya çempionu olub.

SəhərAzəri-nin məlumatına əsasən, Yunan-roma güləşi üzrə on yeddi yaşadək olan güləşçilər arasında dünya çempionatı iyulun 25-dən 27-dək İtaliyanın Roma şəhərində keçirilib.

Yarışların sonunda İran komandasının üzvləri Əli Əhmədi-Vəfa qırx səkkiz kiloqram çəki dərəcəsində qızıl, Məhəmməd Qulami əlli bir, Ahura Boyeri isə altmış beş kiloqram çəki dərəcələrində gümüş, Pəyam Əhmədi qırx beş, Seyid Rza Azərşəb səksən, Həmid Rza Keştkar doxsan iki və Məhəmməd Cahangiri yüz on kiloqram çəki dərəcələrində bürünc medal əldə ediblər və İran komandası yüz otuz beş xalla dünya çempionu olub.

İran komandasından sonra Azərbaycan Respublikası yüz otuz, Gürcüstan isə 121 xalla ikinci və üçüncü pillələrdə durublar.

 

Teqlər